Qaydaları pozan əcnəbilərə tənbeh tədbirləri tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Tənbeh tədbirləri pozuntunun xarakterinə və davranışa uyğun müəyyən edilir. Hər pozuntuya görə yalnız bir tədbir tətbiq olunur. Əcnəbi tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.
