Müdafiəçi və hüquqi yardım göstərən şəxslərlə danışıq istisna olmaqla, telefon hüquqları cinayətlərin qarşısını almaq üçün məhdudlaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Məhdudlaşdırma Mərkəz rəhbərinin əsaslandırılmış qərarı ilə tətbiq olunur. Əcnəbi yalnız vəzifəli şəxsin yazılı razılığı ilə istifadə edə bilər. Telefon danışıqlarından məhdudiyyətə dair qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
