Vaqif Vəliyev vəfat etdi

04 Noyabr 2025, 22:30

Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə Report-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.