Binanın konstruktiv sistemləri layihələndirməyə aid texniki tapşırıq, tikintinin texniki-iqtisadi göstəriciləri və həcmi-planlaşdırma həlləri əsasında seçilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Konstruktiv sistemlər həm normal, həm fövqəladə hallarda dayanıqlı olmalıdır. Yanğın və antiterror mühafizəsi tələbləri nəzərə alınmalıdır. Binaların dağılmaya qarşı dayanıqlığı artırılmalıdır.