Qida təhlükəsizliyi sahəsində xidmətlərə görə rüsumların 43 faizi işçilərin sosial müdafiəsi və maddi təminat üçün xəzinəyə köçürülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb. Qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Bu mexanizm xidmət keyfiyyətinin və işçilərin rifahının təminatını hədəfləyir.