
15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumu 4–25 manat arasında dəyişir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
On gün müddətində verilən və ya dəyişdirilən vəsiqə 4 manatdır. Üç iş günü müddətində rüsum 20 manat, bir iş günü müddətində isə 25 manat təşkil edir. Bu ödənişlər vətəndaşın yaşına və sənədin verilmə sürətinə görə müəyyən olunur.
