
Yüksək binaların xarici divarlarında şəffaf, hava aralıqları ilə və üzlük materialları ilə fasad sistemi tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Suvaq qatı ilə fasad sistemləri uzunömürlü olmadığından istifadəsi tövsiyə edilmir. Bu, yüksək binaların istismar müddətinə uyğunluğu təmin edir. Fasad materialları yalnız keyfiyyətli və normalara cavab verən olmalıdır.
