Təlimat Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Əsasnaməyə uyğun hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”də əksini tapıb.
Əmlakın növləri müsadirə edilmiş, sahibsiz və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakdır. Hərracların təşkili Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Təşkilatçı tərəfindən həyata keçirilir. Təşkilatçı bütün növ qiymətli kağızların satışını fond birjası vasitəsilə aparır. Hərraca çıxarılan əmlakın siyahısı Maliyyə Nazirliyi tərəfindən hazırlanır. Əmlak akt və qaimə-faktura əsasında Təşkilatçıya verilir. Təlimat həmçinin əmlakın hərraca çıxarılma və satılma qaydalarını müəyyən edir.
