
Yüksək binanın təsir zonasına daxil olan mövcud binaların və qurğuların qrunt əsaslarının vəziyyəti mühəndis-geoloji müayinədən keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Təsir zonası binanın xarici konturu və bünövrə tavasının altında sıxılan zonanın hündürlüyü ilə üstəgəl 5 m məsafə olaraq müəyyən edilir. Hesablama zamanı mövcud qurğuların əlavə çökməsi də nəzərə alınır. Müayinə nəticəsində binanın təhlükəsizliyi qiymətləndirilir.
