Doğum, ölüm, övladlığa götürülmə və atalığı (analığı) təsdiqləyən sənədlərin alınması üçün dövlət rüsumu ödənilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Təminatlı kreditor və əmlak inzibatçısı arasında bağlanmış saziş üzrə notariat hərəkətləri də rüsumdan azaddır. Birinci dərəcə əlilliyi olan şəxslər və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlar mənzil alqı-satqısı zamanı rüsum ödəmirlər. Qaçqınlar və məcburi köçkünlər üçün də bu güzəşt tətbiq olunur.