Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Bələdiyyə orqanlarının yerli büdcə hesabatları “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna əsasən təqdim olunur.
Büdcə təşkilatlarının təqdim etdiyi hesabatlar digər qanunlarla tələb olunan hesabatları əvəz etmir, əlavə edilir.
Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər.
