Azərbaycan Respublikasında istehsal edilən tütün məmulatlarında nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Bu orqan beynəlxalq müqavilələrə əsaslanaraq həmin normaların azaldılmasını da tənzimləyir. Məqsəd tütün məhsullarının tərkibini sağlamlıq standartlarına uyğunlaşdırmaqdır.
