Filippinin mərkəzi və cənub bölgələrini vuran “Kalmaeqi” qasırğası nəticəsində həlak olanların sayı 140 nəfərə çatıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Prezident Ferdinand Romualdes Markos milli fəlakət rejiminin tətbiqini elan edib.
Qasırğa nəticəsində 130 nəfər itkin düşüb. 500 mindən çox ailə və ya 1,9 milyondan çox filippinli zərər çəkib.
