Orijinal, super elit və elit tütün toxumları yalnız sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında istehsal edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.

Bu fəaliyyət elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında həyata keçirilir. Həmçinin sort müəlliflərinə fərdi qaydada elit toxum istehsalı ilə məşğul olmağa icazə verilir.