Müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın uçotu qaydaları müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də əksini tapıb.

Əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 5 iş günü ərzində icra məmuruna göndərilir. Eyni zamanda, notariat orqanları vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakı Maliyyə Nazirliyinə bildirir. Məhkəmə icraatında həbs qoyulmuş əmlakın uçotu Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq qurumlarla birlikdə aparılır. Maliyyə Nazirliyi məlumatları icmallaşdırır və əmlakın operativ uçotunu təşkil edir. Əmlakın uçotu Nazirliyin müəyyən etdiyi qaydaya əsasən həyata keçirilir. Qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun aparılır. Qiymətləndirmə hesabatında əmlakın identifikasiya kodu və digər məlumatlar qeyd olunur.