Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Təlimatda əksini tapıb.

Hərracın keçirilməsi üçün 5 nəfərlik komissiya yaradılır. Komissiya İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələrindən ibarətdir. Komissiyanın sədri İqtisadiyyat Nazirliyinin nümayəndəsi təyin olunur. Hərrac günü üçün elan 30 gün əvvəl yerləşdirilir. Elanda əmlakın adı, ünvanı və dövlət reyestr nömrəsi göstərilir. Hərracın forması açıq auksion olaraq müəyyən edilir. Sifariş və sənədlər Təşkilatçı tərəfindən qəbul edilir. Hərracda iştirak etmək üçün beh və ya bank qarantiyası tələb olunur.