Tütün məmulatı istehsalçıları hər il məhsulun tərkibindəki nikotin, qatran və karbon monoksid miqdarı barədə müvafiq orqana məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Hesabatların məqsədi məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirməkdir. Bu məlumatlar ölkədə tütün nəzarət siyasətinin əsas göstəricilərindən biri sayılır.
