Yüksək binaların yeraltı hissəsinin layihələndirilməsi üçün mühəndis-geodeziya, geoloji, hidrogeoloji və ekoloji axtarış işlərinin nəticələri nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Karst zonaları, sürüşmələr və zəif qruntlar barədə məlumatlar layihəyə daxil edilir. Mövcud tikililərin vəziyyəti və yeni tikintinin təsiri qiymətləndirilir. Texnoloji və material xüsusiyyətləri layihə seçimində əsas rol oynayır.