Qeyri-hökumət təşkilatları mühasibat uçotunu İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun aparırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Onlar illik maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinə uyğun olaraq dərc etdirirlər.
Siyasi partiyalar maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq təqdim edir.
Siyasi partiyaların hesabat forması və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.