Azərbaycan ilə həmsərhəd dövlətlərə sadələşdirilmiş gediş-gəliş üçün sənədlərin verilməsi 3 manat rüsumla təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
25, 35, 50 yaşına çatdıqda və şəxsi məlumatlarda dəyişiklik olduqda vəsiqə dəyişdirilməsi üçün rüsum 2 manatdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın öz təqsirindən itməsi və ya yararsız hala düşməsi 3 manat rüsum tələb edir. Əcnəbilərin xarici pasportlarının qeydiyyatı 6 manatdır.
