Tütün məmulatı tərkibində nikotin, aktiv alkoloid və kanserogen maddələr olan məhsuldur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Bu məhsullara siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü daxildir. Belə məhsullar nikotinə aludəçilik yaradan təsirə malikdir.
