Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi qanunu ilə müəyyən olunmuş uşaqlar notariat hərəkətlərində rüsum ödəmirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Qəyyumluqda və himayədə olan uşaqlar da bu güzəştdən istifadə edə bilərlər. Pensiya, müavinət və alimentin alınması üçün verilən etibarnamələr üçün rüsum tutulmur. Notariat işinə əlavə edilməsi üçün hazırlanan sənədlərin təsdiqi də ödənişsizdir.