İctimai əhəmiyyətli qurumlar müəyyən şərtləri yerinə yetirdikdə konsolidə edilmiş hesabatları tərtib etməmək hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Qurum törəmə cəmiyyət olduqda və mülkiyyətçilər yekdilliklə razılaşdıqda hesabatdan azadolma mümkündür.
Bundan başqa, qiymətli kağızları açıq bazarda dövriyyədə olmayan qurumlara da bu hüquq tanınır.
Əsas cəmiyyətin hesabat dərc etməsi də azadolma üçün əsas sayılır.