
Yüksək binaların bünövrələri tikinti ərazisinin geotexniki təhlükəsizliyinə və texniki-iqtisadi müqayisəyə əsasən seçilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Layihədə çala sxemi, qurulma göstəriciləri və nəzarət metodları göstərilməlidir. Natur sınaqların aparılması və çökmə ölçmələri təmin olunmalıdır. Bu yanaşma bünövrələrin etibarlılığını artırır.
