Dövlət mülkiyyətinə keçən əmlakın təyinatı qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də əksini tapıb.
İcra məmuru tərəfindən həbs qoyulmuş və müsadirə edilmiş əmlak maliyyə orqanına verilir. Sahibsiz və vərəsəlik hüququ əsasında keçən əmlakın təyinatı Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur. Tarixi və mədəni əhəmiyyətli əşyalar muzey və kitabxanalara verilir. Milli və xarici valyutada olan vəsaitlər Mərkəzi Bank hesabına mədaxil edilir. Dini əmlaklar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir. Dərman və tibb vasitələri Səhiyyə Nazirliyinə verilir. Qanunla dövriyyəsi qadağan edilmiş əmlak müvafiq orqanlara təhvil verilir.
