Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində ölüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala rayonu, Danaçı kənd sakini Qurqunayev İbrahim Məhərrəm oğlunun döyüşlərdə həlak olduğu bildirilir.

Yaxınlarının dediyinə görə, İbrahim Qurqunayev Rusiyada həbs edilibmiş. Həbsdən azad olması üçün ona müharibəyə getmək təklif olunub.

Həbsxanadan çıxmaq üçün bu təklifi qəbul edən İbrahim ağır döyüşlərin getdiyi bölgəyə göndərilib.

O, ilk günlərdə yaxınları ilə mütəmadi əlaqə saxlayıb. Lakin bir müddət sonra onunla əlaqə kəsilib.

Bildirilir ki, İbrahim Qurqunayev ağır döyüşlərdə ölüb və onun meyitini ərazidən çıxarmaq mümkün olmayıb.