Yetkinlik yaşına çatmış əcnəbilərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi 3 ayadək müddət üçün 40 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Müddət uzadıldıqda 3 ilədək rüsum 480 manata qədər artır. Yetkinlik yaşına çatmayan şəxslər üçün müvafiq rüsum 3 ayadək 25 manatdan başlayır. Müddət 3 ilədək uzandıqda isə rüsum 300 manata çatır.
