Qeyri-kommersiya təşkilatları fəaliyyət xüsusiyyətinə uyğun müvafiq uçot qaydalarına riayət edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Hesabat dövrü bu qanunun 11-ci maddəsində göstərilən müddətlərə uyğun müəyyən olunur.
İllik maliyyə hesabatları növbəti ilin aprel ayının 30-dan gec olmayaraq, konsolidə edilmiş hesabatlar isə iyun ayının 30-dan gec olmayaraq təqdim edilməlidir.
Hesabatlar təsisçiyə, qanunla və nizamnamə ilə müəyyən edilmiş şəxslərə təqdim edilir.