Tərkibində normadan artıq nikotin, qatran və karbon monoksid olan tütün məhsulları dövriyyədən çıxarılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Genetik modifikasiya olunmuş bitkilərdən hazırlanan tütün də bu kateqoriyaya daxildir. Qanun bu məhsulların insan sağlamlığına zərər riskini aradan qaldırmağı hədəfləyir.
