Daşınmaz əmlakın və ya müəssisədəki payın özgəninkiləşdirilməsi üçün müqavilələrin təsdiqi dövlət rüsumuna tabedir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Əmlakın yaxın qohumlara keçməsi üçün ödəniş 20 manat, digər şəxslərə keçməsi üçün 250 manatdır. Yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün isə 20 manat rüsum tələb olunur.