Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün beynəlxalq istintaq qərargahı yaradılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze deyib.
Nazirin sözlərinə görə, hadisə yerində bütün gecə türkiyəli mütəxəssislər çalışıb, istintaq tədbirlərində iştirak ediblər.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
