Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Təlimatda əksini tapıb.

Sifariş verən şəxslər beh və ya bank qarantiyasını təqdim etməlidir. Hüquqi şəxslər üçün dövlət reyestr çıxarışı əlavə olunur. Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini təqdim edir. Fərdi sahibkarlar VÖEN surətini əlavə etməlidir. Sifarişçi nümayəndəsi isə təsdiqləyici sənəd təqdim etməlidir. Sənədlər hərracın başlanmasına 3 bank günü qalmış təqdim olunmalıdır. Elektron Hökumət sistemi vasitəsilə bəzi sənədlər alınır. Sifariş qeydiyyata alınır və iştirakçı bileti verilir.