İstehsalçılar tütün məmulatının tərkibindəki inqrediyentlər barədə məlumatı tam və şəffaf təqdim etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.

Bu tələbi pozan məhsullar qanunsuz sayılacaq və dövriyyədən götürüləcək. Qayda istehlakçıların məlumatlandırılması və təhlükəsizliyin təmininə yönəlib.