Mühərriksiz və mühərrikli kiçik gəmilərin qeydiyyatı 5 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Yelkənli qayıqlar və yaxtalar, üzən nasoslar və torpaq sovuran qurğular üçün də rüsum eynidir. Kiçik gəmilərə texniki baxışlar 5-10 manat arasında dəyişir. Gəmi reyestrindən çıxarış verilməsi 10 manatdır.
