Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) gələn il dövlət büdcəsindən vəsait  ayrılmamasının səbəbi açıqlanıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında maliyyə nazirinin müavini Himalay Məmişov deyib ki, bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb.

“2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i, yəni 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük”, – deyə nazir müavini bildirib.