Mikro və kiçik sahibkarlıq subyektləri uçotu müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən aparmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Onlar həmçinin istəsələr hesabatlarını beynəlxalq standartlara uyğun şəkildə tərtib edə bilərlər.
Bu, sahibkarlara hesabat şəffaflığını artırmaq üçün seçim azadlığı yaradır.
Uçot siyasətində bu qərar dekabrın 31-dək əks etdirilməlidir.
