Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.

Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, axtarış xilas-etmə işləri sürətlə başladılıb.

Təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə bağlanıb.

Təyyarənin qara qutusu tapılıb, araşdırma başladılıb, 19-nun nəşi tapılıb. Biz müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefonla danışdıq.