Əsasnaməyə daxil olmayan əmlakın satışı hərraclar vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də əksini tapıb.
İlk iki hərracda sifariş verilmədikdə, üçüncü hərracda start qiyməti 10% aşağı salınır. Dördüncü və beşinci hərraclarda start qiyməti müvafiq olaraq 25% və 50% aşağı düşür. Satılmayan əmlak komissiya tərəfindən aktlaşdırılır və ya utilizasiya üçün təhvil verilir. Dövlət orqanlarına əvəzsiz verilməyən əmlak hüquqi şəxslərə satılır. Təkrar emaldan əldə edilən gəlir dövlət büdcəsinə köçürülür. Əmlakın aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə verilməsi məqsədilə Nazirliklərə müraciət edilir. Komissiya tələbat olmadıqda əmlakı məhv edir.
