Dördüncü hərracda 25%, beşinci hərracda isə 50% endirim tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Təlimatda əksini tapıb. İlk iki hərracda əmlak satılmadıqda üçüncü hərracda start qiyməti 10% aşağı salınır.
Hərrac başa çatdıqda protokol tərtib edilir. Protokol iki nüsxədə hazırlanır və imzalanır. Hərrac protokolu satış müqaviləsinin əsasıdır. Hərrac protokolunda iştirakçı və əmlak haqqında məlumatlar göstərilir. Ödənilmiş beh satış məbləğinə daxil edilir. Qalibə protokol təqdim olunur və ya poçtla göndərilir.
