İri və orta sahibkarlıq subyektləri maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tərtib etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Onlar uçotu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Standartlarına əsasən aparır.
Bu, hesabatların beynəlxalq səviyyədə müqayisə olunmasını təmin edir.
Qanun sahibkarlara hesabat sisteminin seçilməsində müəyyən çeviklik tanıyır.