İstehlak keyfiyyətini itirmiş və ya sahibsiz tütün məhsulları qanunla müəyyən edilmiş qaydada müsadirə ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Belə məhsullar ya məhv ediləcək, ya da hüquqi əsasla istifadəyə yönəldiləcək. Qanun həmçinin təhlükəli malların satışının qarşısını almağa xidmət edir.
