
Paya və payalı tava bünövrələrdə statik yüklərin sınağı ümumi sayın 3%-dən və obyekt üçün 5-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Mühəndis-geoloji quyuların dərinliyi Hc zonasına və tavanın ölçülərinə əsasən müəyyən edilir. Bünövrənin növü, ölçüsü və sıxılan zonanın hündürlüyü texniki tapşırıqla göstərilməlidir. Bu sınaqlar binanın sabitliyini təmin edir.
