Peşəkar mühasib sertifikatının verilməsi üçün imtahan və sertifikat prosesi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri icra hakimiyyəti orqanı tərəfindən aparılır.
İmtahanda iştirak ödənişlidir və ödəniş məbləği müəyyən olunur.
Sertifikatın forması və qüvvədə olma müddəti beş ildir.
