
Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Həmçinin, Azərbaycan millisinin daha iki keçmiş futbolçusu – Emre Kaplan və Murad Cem Akpınar da eyni səbəbdən 45 günlük futboldan diskvalifikasiya ediliblər.
***
saat 17.04
Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb.
Heftelik.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Peşəkar Futbol İntizam Şurası “Qalatasaray”lı futbolçular Eren Elmalının 45 gün, Metehan Baltacının isə 9 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.
Eyni zamanda, “Konyaspor”un futbolçusu Ndao da 12 aylıq cəza alıb.
