Tütün məmulatı qutularının dizaynı beynəlxalq standartlara cavab verməlidir və üzərindəki yazılar Azərbaycan dilində olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.

Bu tələblər istehlakçı məlumatlandırılmasını və məhsulun şəffaflığını təmin edir. Standartlara uyğun tərtibat həm yerli, həm də ixrac bazarları üçün vacib sayılır.