Aeroport və aerodromlara uyğunluq sertifikatı 100 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Hava nəqliyyatı istismarçılarına sertifikatlar da eyni məbləğdədir. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatları 50 manatdır. Uçuş icazələrinin verilməsi isə 20-30 manat arasında dəyişir.
