Yeraltı hissənin layihələndirilməsində binanın məsuliyyət səviyyəsi və qruntun çətinlik kateqoriyası nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Mürəkkəb geotexniki şəraitlərdə monitorinq fəsli layihəyə daxil edilir. Monitorinqin tərkibi və metodları mühəndis-geoloji vəziyyətə uyğun təyin olunur. Bu, risklərin vaxtında aşkarlanmasına imkan verir.
