Binanın stilobat hissəsi yanğın əleyhinə divarlar və mərtəbəarası örtüklərlə ayrılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Stilobat hissənin yolverilən sahəsi 3000 m²-dən çox olmamalıdır. Bu, yanğın hadisələrinin məhdud sahədə qalmasını təmin edir. Stilobat hissədə xüsusi giriş və çıxış yolları da təmin edilməlidir.