“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

Bu barədə  Heftelik.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.

Qeyd olunub ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilib. Artıq “Cəfər Cabbarlı” stansiyasının giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.