Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Yetkinlik yaşına çatmamış uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulması 15 manat rüsuma tabedir. Məhkəmə qətnaməsi ilə nikahın pozulması hallarında rüsum qeydiyyat üçün müraciət etmiş tərəfdən tutulur. İtkin düşmüş və ya azadlıqdan məhrum olmuş şəxslərlə bağlı pozulma hallarına isə 2 manat ödənilir.
